Bu gün:


BMT-dən şok qərar

Tarix: 16.09.2021 / 13:24  •   Oxundu: 110 dəfə  •  

BMT Baş Assambleyasının iclasında iştirak edəcək liderlər və digər rəsmi şəxslər peyvənd olunduqlarına dair sənəd təqdim etməlidir.

İDEAL Media.az xəbər verir ki, məsələ barədə açıqlama verən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vassili Nebenza BMT-nin bu məcburiyyətinə etiraz edib. Diplomat BMT-nin bu qərarının ayrı-seçkilik olduğunu deyib. O bildirib ki, BMT-nin Baş kaitib Antonio Quterreş 193 ölkəyə məsələ ilə bağlı məktub göndərərək liderləri xəbərdar edib. Nümayəndələr peyvənd sənədini göstərməsə zala buraxılmayacaq.

Qeyd edək ki, BMT Baş Assambleyası sentyabrın 14-də öz işinə başlayacaq. Baş Assambleyanın yüksək səviyyəli sessiya həftəsi isə sentyabrın 21-dən 27-ə kimi davam edəcək.