Bu gün:


Ermənilər İran türklərinin Xocalıdakı tikintidə işləməsini təkzib etdi

Tarix: 18.09.2021 / 09:02  •   Oxundu: 134 dəfə  •  

Xəbər verdiyimiz kimi, dünən – sentyabrın 17-də Ermənistan nəşrlərində Azərbaycanın faktiki olaraq İrəvanın və Xankəndindəki separatçı rejim tör-töküntülərinin nəzarətində qalan Qarabağ torpaqlarındakı  tikinti işlərində iranlı fəhlələrin də işləməsi haqda məlumatlar yayılıb. Məlumatda həmin fəhlələr arasında İran pasportlu Güney Azərbaycan türklərinin də olması barədə ehtimallar səsləndirilib(bax: //moderator.az/qarabagh/394076/ermenilerin-xocalidaki-ev-tikintisinde-iranlilar-da-isleyir-aralarinda-azerbaycanli-varmi/).
 

İDEAL Media.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, dünən axşam saatlarında Xankəndindəki separatçı-terrorçu rejim tör-töküntüsünün qanunsuz “milli təhlükəsizlik xidməti” bu haqda “bəyanat” yayıb. “Bəyanat”da bildirilir ki, sözügedən tikinti işlərində İran pasportlu azərbaycanlıların olması haqdakı məlumatlar yanlışdır.
 
“Əvvəllər olduğu kimi, indi də əcnəbilər Qarabağda tikinti də daxil olmaqla müxtəlif işlərdə iştirak edirlər və bunu qeyri-adi bir məsələ kimi təqdim etmək məntiqsizdir” –deyilən “bəyanat”da daha sonra bildirilir ki,  separatçı-terrorçu rejimin “təhlükəsizlik xidməti”  “digər ölkələrin kəşfiyyat xidmətlərinin kəşfiyyat fəaliyyətinin qarşısını almaq üçün lazımi tədbirləri görür”...
 
Göründüyü kimi, qondarma rejim qurumunun “bəyanat”ından belə bir məntiq hasil olur ki, ermənilərin Qarabağda, o cümlədən Xocalı rayonu ərazisində apardığı tikinti işlərində İran pasportlu Azərbaycan türkləri iştirak etməsə də, farslar iştirak edir. Və onların  separatçı rejimə və Ermənistana qarşı kəşfiyyat fəaliyyəti aparmasından narahat olmağa dəyməz...