Bu gün:


Keçmiş deputatın oğlu İrəvanda güllələndi

Tarix: 24.09.2021 / 13:11  •   Oxundu: 118 dəfə  •  

Bu gün gecə saatlarında İrəvanın mərkəzində atışma baş verib.

İDEAL Media.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, insident Abovyan küçəsindəki “Moskva” kinoteatrının yanında baş verib. Atışma nəticəsində Arman Xaçatryan və Sergey Məlikyan adlı iki nəfər xəstəxanaya çatdırılıb.

Yaralılardan birinin vəziyyəti ağırdır.

Sergey Məlikyanın Respublikaçılar Partiyasından keçmiş deputat Qagik Məlikyanın oğlu olduğu bildirilir.