Bu gün:


Eks-qubernatorun oğlu hazırkı qubernatorun oğlunu güllələdi...

Tarix: 14.07.2021 / 09:53  •   Oxundu: 106 dəfə  •  

İyulun 13-dən 14-ə keçən gecə  Qərbi Zəngəzurun Gorus şəhərində  atışma olub. Daha çox "Liska"(“Tülkü”) ləqəbi ilə tanınan Sünik vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryan hazırkı qubernator Melikset Poqosyanın oğlunu güllələyib.
 
İDEAL Media.az xəbər verir ki, bu haqda səhər saatlarında qəsbkar Ermənistanın “Qraparak” nəşri məlumat yayıb. 
 
Əldə edilən son məlumata görə, zərərçəkənlər var. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
 
Xatırladılır ki, 2013-cü ildə Tiqran Xaçatryan Gorus merliyinə keçmiş namizəd Avtik Budaqyanın qətlində və onun qardaşı, hərbi hissələrdən birinin komandiri polkovnik Artak Budaqyanı təhqir etməkdə günahlandırılaraq həbs edilmişdi. Daha sonra məhkəmə onun hərəkətlərində “özünümüdafiə əlamətləri gördüyündən” eks-merin oğlu bəraət almışdı.