“Bakıdakı dostlarımıza lap əvvəldən demişik ki...” - İran rəsmisi
Tarix: 04.10.2021 / 17:49 •
Oxundu: 255 dəfə •
Tehranın həm Bakı, həm Yerevanla yaxşı münasibətləri var, tərəflərdən biri ilə münasibətlər digərinə qarşı yönəlməyib. İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə bu gün keçirdiyi brifinqdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Tehrana səfərini şərh edərkən belə deyib.
Xatırladaq ki, bu səfər İranın Azərbaycanla münasibətlərində gərginliyin artması, Tehrandan Bakıya təhdid mesajlarının səsləndiyi və İran ordusunun sərhəddə hərbi təlimlər keçirdiyi bir vaxta təsadüf edib.
Xətibzadə deyib ki, Ermənistan XİN rəhbərinin səfəri “daha əvvəldən planlaşdırılmışdı”. XİN nümayəndəsi habelə son günlər İran rəsmilərinin Azərbaycanda guya “muzdluların, yaxud İŞİD terrorçularının olduğu” haqda iddialarına toxunub.
“Bütün bu məlumatları biz Bakıdakı dostlarımıza çatdırmışıq. Görüşlərimiz zamanı dostlarımız deyiblər ki, İran üçün təhlükə yoxdur. Biz cavablar almaqda davam edirik. Bizim Bakı ilə müxtəlif səviyyələrdə münasibətlərimiz olub və indi də var. Bu münasibətlər bəzi KİV-lərin sözlərinə ehtiyac duymur. Biz lap əvvəldən Bakıdakı dostlarımıza demişik ki, onların ərazi bütövlüyünü tanıyırıq və qorunub saxlanılmasına tərəfdarıq”,-Səid Xətibzadə bildirib.