Rusiyadan “Laçın dəhlizi” ilə bağlı növbəti açıqlama
Tarix: 06.10.2021 / 10:41 •
Oxundu: 258 dəfə •
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçiləri Laçın dəhlizindən nəqliyyat vasitələrinin və insanların təhlükəsiz giriş-çıxışını təmin edir.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, gecə xidməti üçün sülhməramlı kontingentin hərbçiləri xüsusi geyimlə də təchiz olunublar. Müşahidə postları müasir LED projektorları və fasiləsiz enerji təchizatı ilə təchiz edilib.
“Rusiya sülhməramlı kontingenti tranzit daşımaların təhlükəsizliyini təmin edir. Lazım gələrsə, hər bir avtomobil yoxlanılır. Xidmət həm gündüz, həm də gecə həyata keçirilir", - Rusiya sülhməramlı kontingentinin sözçüsü Alexander Ripskiy deyib.
Onun sözlərinə görə, mövcud vəziyyəti izləmək üçün bütün məntəqələr müasir videomüşahidə kameraları ilə təchiz edilib.
27 müşahidə məntəqəsində rus sülhməramlıları gecə-gündüz vəziyyətin monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər.(