Ermənistan rəsmisi: Rusiya sülhməramlılarının Qarabağda qalması üçün hər şeyi edəcəyik
Tarix: 08.10.2021 / 10:20 •
Oxundu: 206 dəfə •
Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, onlar Rusiyanın Dağlıq Qarabağda 2020-ci il 9 noyabr sazişinin müddəti bitəndən sonra qalması üçün hər şeyi edəcəklər.
Qarabağda qurulan infrastruktur Rusiyanın orada daha çox qalma planlarının olduğunu göstərir.
Bunu “Azadlıq” radiosunun Ermənistan xidmətinə bu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Ötən il Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın imzaladığı üçtərəfli atəşkəs bəyanatında Rusiya hərbçilərinin regionda 5 il müddətinə qalması nəzərdə tutulur. Bu müddətin başa çatmasına altı ay qalmış tərəflərdən hər hansı biri onun xitam verilməsini istəməsə, müddət avtomatik uzadılır.
Azərbaycanın 4 ildən sonra Qarabağda Rusiya sülhməramlılarından imtina edəcəyi halda masada ssenari varmı? Qriqoryan bu suala cavabında deyib ki, bu məsələ gündəmdədir və rusiyalı həmkarları ilə müzakirə olunur. Onlar hadisələrin belə mümkün inkişafı halında addımları necə razılaşdırmağı götür-qoy edirlər.
Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, onlar Rusiyanın Qarabağda 2020-ci il 10 noyabr sazişinin müddəti bitəndən sonra qalması üçün hər şeyi edəcəklər.
“10 noyabr bəyanatı uzunmüddətli qalmanı nəzərdə tutur. Ancaq Azərbaycan razılaşmasa, cəhdlərimizi birləşdirib problemin həlli yolunu tapmağa çalışacağıq. Ancaq bu gün Qarabağda baş verənlər, orada qurulan infrastruktur Rusiyanın orada daha çox qalma planlarının olduğunu göstərir”, – Qriqoryan deyib.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Qarabağ bölgəsinin bir hissəsini və ətraf 7 rayona nəzarəti bərpa edib. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Qarabağ ərazisinin bir hissəsi erməni sepafratçılarının və Rusiya sülhməramlılarının nəzarətində qalıb.