İtaliyada ara qarışdı: etirazçıların üzərinə polis yeridildi
Tarix: 10.10.2021 / 11:08 •
Oxundu: 78 dəfə •
İtaliyanın paytaxtı Romada Covid-19 peyvəndi əleyhinə minlərlə insanın iştirakı ilə aksiya keçirilib.
Aksiyaçılar məcburi peyvənd tələbinə və "Yaşıl Keçid" qanun layihəsinə etiraz ediblər.
Hökumətin qərarına hiddətlənən nümayişçilər Baş nazir Mario Draxinin ofisinə hücuma keçməyə cəhd göstəriblər. Ofisə ciddi ziyan dəyib. Hökumət binasına hücum hakimiyyət nümayəndələri tərəfindən sərt şəkildə qınanılıb və "faşist hücumu" adlandırılıb.
Bunun ardınca etirazçılar İtaliya Ümumi Əmək Konfederasiyasının qərargahına da yürüyüş təşkil etmmək istəyiblər. Etirazların miqyasının böyüməsini gözləməyə səbri çatmayan polis hərəkətə keçib və etirazçıların qarşısını kəsib.
10 min etirazçının qatıldığı aksiyanı dağıtmaq üçün polis gözyaşardıcı qazlardan və yüksək təzyiqli su şırnaqlarından istifadə edib.
Qeyd edək ki, İtaliyada ictimai iaşə obyektlərinə və digər yerlərə giriş-çıxış əldə etmək üçün "Yaşıl keçid" kartı əldə edilməlidir, bunun üçün insanlar üç doza vaksinasiyadan keçməlidirlər.
Qərarın 15 oktyabrda qüvvəyə minəcəyi bildirilir.