Bu gün:


Avstraliyalı general müsəlman ölkəsindən üzr istədi

Tarix: 19.11.2020 / 17:09  •   Oxundu: 133 dəfə  •  

Avstraliya Müdafiə Qüvvələrinin Baş Qərargahının (IGADF) dörd il davam edən araşdırmaları nəticəsində əfqan mülki şəxslərin qanunsuz öldürülməsini sənədləşdirən “etibarlı dəlillər” olan hesabatı Avstraliya Baş Qərargah rəisi, general Anqus Kempbell tərəfindən açıqlanıb.
Asmedia.az xəbər verir ki, yüzlərlə şahidin dinlənildiyi və 25 hərbçinin iştirak etdiyi 57 hadisənin araşdırıldığı hesabatın nəticələrini elan edən Kempbell “döyüşçü mədəniyyətinin utancverici qeydləri”ni ortaya qoyulduğunu söyləyib.
General hesabatda yer alan qətllərin hamısının müharibə şəraitində yox, qəsdən törədildiyini deyib.
General Kempbell baş verənlərə görə, Avstraliya Müdafiə Qüvvələri (ADF) adından Əfqanıstan xalqından üzr istəyib.
Hesabatı hazırlayan ADF-nin baş müfəttişi Paul Brereton işlərin məhkəməyə verilməsindən əvvəl Federal Hökumətin Əfqanıstandakı qurbanların ailələrinə təzminat ödəməli olduğunu bildirib.
Araşdırma nəticəsində 39 mülki əfqanın Avstraliya ordusunun hərbçiləri tərəfindən qəsdən öldürüldüyü məlum olub.