Bu gün:


Bakı və İrəvan arasında saziş yerinə yetirilməlidir

Tarix: 14.10.2021 / 10:07  •   Oxundu: 118 dəfə  •  

Rusiya Azərbaycanla Ermənistan arasında Qarabağdakı vəziyyətin tənzimlənməsi, qarşılıqlı iqtisadi əlaqələrin qurulması və kommunikasiyaların blokadadan çıxarılması haqqında sazişin yerinə yetirilməsinə ümid edir.

İDEAL Media.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

"Əlbəttə ki, narahatıq. Razılaşmanın yerinə yetirilməsini, iqtisadi əlaqələr qurulması və kommunikasiyaların blokadadan çıxarılmasını istəyirik", - V.Matviyenko qeyd edib.