İrəvanın Ankaraya sərhəd çağırışına Bakıdan sərt reaksiyalar verildi
Tarix: 13.02.2021 / 10:01 •
Oxundu: 264 dəfə •
Türkiyə və Azərbaycan müzakirələri Ermənistan cəmiyyətini parçalayıb.
Ermənistan cəmiyyəti və xüsusilə də müxalifətdə cəmlənən siyasi dairələr panik əhval-ruhiyyə içərisindədir. Müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyanın həyəcanlı şəkildə erməni xalqına müraciətlə “oyanın, yoxsa bir gün oyanacaqsınız ki, Zəngəzur bizim deyil” deməsi bir tərəfdən Nikol Paşinyan hakimiyyətinə qarşı şantaj məqsədi daşıyırsa, digər tərəfdən, məğlub erməni cəmiyyətində hökm sürən atmosferi nümayiş etdirir.
Politoloq Qrant Mikaelyan da Ermənistan hakimiyyətinin mövcud fəaliyyətini şərh edərkən Azərbaycanla sərhəddə baş verənlərə diqqət çəkməyə çalışır. O da Minasyan kimi iddia edib ki, hakimiyyət real vəziyyəti xalqdan gizlədir. Xüsusilə də Gorus-Qafan yolunun bir hissəsinin demarkasiya prosesi nəticəsində Azərbaycanın tərəfinə düşməsinə diqqət çəkən erməni ekspert şübhələrini bölüşüb. Baş nazirin müavini Tiqran Avinyanın parlament dinləmələrindəki çıxışı zamanı Ermənistanın Azərbaycanla heç bir əlavə sənəd imzalamadığı haqda dediklərini xatırladan politoloq iddia edib ki, Gorus-David-Bek yolunda baş verənlər bu məsələlərlə bağlı müzakirə və sənədin olduğunu iddia edib. O, sosial şəbəkələrdə və mediada bu yolla bağlı anlaşmanın olduğunu iddia edənlərin yaydığı “sənəd”ə istinad edib. Mikaelyan bir daha iddia edib ki, bununla bağlı həqiqətlər erməni xalqından gizlədilir. “Bütün razılaşmalar Azərbaycan və Türkiyənin hərbi təzyiqləri altında imzalanıb. Erməni tərəf hətta öz müttəfiqləri ilə təhdidləri neytrallaşdırmaq üçün normal işləməyə cəhd göstərməyib”, - erməni ekspert əlavə edib.
Daha sonra iddialarını davam etdirərək bildirib ki, müzakirələri və razılaşmaları məxfi saxlamaqla erməni xalqının, vətəndaş cəmiyyətinin və siyasi qüvvələrin bu sənədlərə qarşı çıxmasını əngəlləmək istəyiblər. Azərbaycanın təzyiqləri nəticəsində Ermənistanın ərazi bütövlüyünün pozulduğunu iddia edən Mikaelyan istisna etməyib ki, Ermənistan Qarabağ məsələsini qapamaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın parlamentdə gözlənilməz bəyanatla çıxış etməsi də geniş müzakirələrə səbəb olub. Diplomat deyib ki, rəsmi İrəvan gözləyir ki, rəsmi Ankara Ermənistanla sərhədləri açsın. Nazirin iddiasına görə, Türkiyə Dağlıq Qarabağda yaranmış status-kvoya etiraz olaraq sərhədi bağlamışdı, indi status-kvo zorla dəyişdirilib. Yəni Türkiyənin Ermənistanla sərhədi bağlı saxlaması üçün daha elə bir əsası qalmayıb.
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanın bu cür çağırışlar etməyə haqqı yoxdur: “Tamamilə əsassız çağırışdır. Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına çağırış etməzdən öncə Türkiyəyə qarşı əsassız iddialara son qoymalıdır. Məlum olduğu kimi, Ermənistan Konstitusiyasında və gerbində Türkiyəyə qarşı iddialar var. Üstəlik, qondarma ”soyqırım" iddiaları zaman-zaman Ermənistan tərəfindən qaldırılır. Ermənistan bu iddialara son qoymadan Türkiyə ilə sərhədlərin açılmasına hansı əsasla çağırış edir?"
C.Məmmədov əlavə etdi ki, həmçinin, bu gün də Ermənistanda Qarabağla bağlı zaman-zaman revanşist bəyanatlar verilir, üçtərəfli razılaşmanın bəndlərinin pozulmasına yönəlmiş çağırışlar edilir: “Ermənistan öncə razılaşmanın bəndlərinə tam əməl etməli, əsassız iddialara və çağırışlara son qoymalıdır. İrəvan bu, əsassız iddialara son qoyduqdan sonra münaqişənin tənzimlənmə planına uyğun olaraq növbəti mərhələdə sərəhədlərin açılması məsələsi nəzərdən keçirilə bilər. Ermənistanda hələ ki, istiqrar və sabitlik yoxdur, bu ölkədə xaos hökm sürür, eyni iddialar səsləndirilir. Ermənistan hələ də baş verən acı məğlubiyyətdən nəticə çıxarmayıb, bu gün də zəhərli ideologiyanın və xəstə təxəyyülün əsarətindədir. Öncə Ermənistan xalqı son baş verənlərdən nəticə çıxarmalı, zəhərli ideologiyanın və xəstə təxəyyülün əsarətindən xilas olmalıdır. Ermənistan bu iddialara və revanşist bəyanatlara son qoymadan sərhədlərin açılmasından söhbət gedə bilməz”.
QAT sədri Akif Nağı da erməni nazirin sərsəm bəyanatını yersiz sayır: “Ermənilər növbəti dəfə özlərini ”ağıllı" hesab edib, hiyləgər gediş edirlər. Türkiyə sərhədləri Kəlbəcərin işğalından sonra bağlamışdı, bunlar da indi ona işarə edirlər ki, şərait dəyişdiyinə görə Ankara uyğun addım atmalıdır. Türkiyə bu məsələdə prinsipial olmalıdır, həm Ağrı dağı ilə bağlı onların sərsəm iddialarını önə çəkməlidir, həm də 10 noyabr razılaşmasının tam yerinə yetirilməsini, Xankəndi, Xocalı və digər ərazilərin Azərbaycana qaytarılması şərtini gündəmdə saxlamalıdır".
QAT rəhbəri hesab edir ki, Qars müqaviləsinin 100 illiyində oxşar sənədin imzalanması da uyğun olardı: “Üstəlik, Qars müqaviləsini imzalayan tərəflər də yenidən meydandadır, situasiya da oxşardır. Azərbaycan və Türkiyə yeni imzalanacaq sənəddə Qars müqaviləsinin Rusiya və Ermənistan tərəfindən pozulmuş bəndlərinin, məsələn, Mehri-Nüvədi ərazisi ilə bağlı bəndin bərpa olunması, həmin ərazilərin Azərbaycana qaytarılması tələbini irəli sürə bilər”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə feysbukdakı şəxsi səhifəsində yazıb ki, Ermənistan hakimiyyəti iki reallığı qəbul etməyə başlayıb: “Birinci reallıq odur ki, Türkiyə ilə sərhədin açılması Ermənistan iqtisadiyyatını canlandıra bilər, üstəgəl, İrəvan Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq münasibətlərini nəzərə almaq məcburiyyətindədir. Ancaq sərhədin açılması üçün İrəvan Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Prinsip etibarilə bu nəticə də əldə olunacaq. Ermənilər özləri də deyirlər ki, əgər Ermənistanla Azərbaycan arasında sərhəd sürətlə formalaşırsa, bu o deməkdir ki, İrəvan faktiki Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Təsadüfi deyil ki, Laçın dəhlizi üzərindən də gediş-gəlişlərin nəzarətə götürülməsi prosesinə başlanılıb”. Ekspertə görə, İrəvan ikinci reallığı da sakitcə qəbul edib: “Əgər Ermənistan hakimiyyəti və cəmiyyəti əsirlərinin geri qaytarılmasını istəyirsə, bundan sonra Dağlıq Qarabağa ”hərbi xidmətə" heç kimi göndərməməlidir. Bunu da səssizcə qəbul etdilər və xəbərini yaydılar, əvəzində hissə-hissə əsirləri geri qaytarılır. Üçüncü mərhələ Dağlıq Qarabağdakı silahlı separatçıları tərksilahının sürətlənməsidir. Bu prosesi də gücləndirməliyik. “Dəmir yumruq” kitabımda da yazdığım kimi növbəti mərhələdə - “ağıl oyunlarında” da üstün olacağıq".
Beləcə, 44 günlük savaşdakı ağır və fəlakətli məğlubiyyətdən sonra ermənilər heç zaman olmadığı kimi, bir-birini didməyə başlayıblar. Düşmənin hər gün Türkiyə və Azərbaycanı qalib, özünü isə məğlub olaraq təqdim etməsini izləmək çox xoşdur. Bu, onların halal haqqı olan taledir, özləri istədilər...