Marçilyano: Putinin buna razılaşması Bakını dayandırdı
Tarix: 10.11.2021 / 13:21 •
Oxundu: 122 dəfə •
Noyabrın 10-da imzalanan üçtərəfli bəyanat regionun balansı üçün son dərəcə mühüm addım idi.
Bu sözləri İtalyanın geosiyasi analitik və beynəlxalq araşdırmalar üzrə düşüncə mərkəzi “Il Nodo di Gordio”nun baş elmi işçisi Andrea Marçilyano deyib.
Onun sözlərinə görə, hərbi məğlubiyyət, iqtisadi böhranı və İrəvan hökumətinə qarşı artan müxalif təzyiqi nəzərə alaraq, Ermənistanı son dərəcə çətin vəziyyətdə qoydu:
“Moskvanın Bakı ilə razılıq əldə etməkdə maraqlı olduğu aydın idi və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək Zəngəzur dəhlizi Rusiya-Azərbaycan razılığında fundamental elementdir. Digər tərəfdən, Bakının həmişə dəstəklədiyi bu dəhliz bütün Qafqaz regionuna mühüm iqtisadi təsirlər göstərəcək. Qafqazın gələcəyi bu bəyanatdan formalaşdırılacaq yol xəritəsindən çox asılıdır. Bu, potensial olaraq regionu daha zəngin inkişafı olan gələcəyə aparacaq”.
Politoloq qeyd edib ki, İrəvan hökumətinin mövqeyi qeyri-stabildir:
“Onlar hələ indi hərbi məğlubiyyətlərinin, itkilərinin, qurbanlarının nə məna kəsb etdiyini düşünməyə başlayıblar”.