Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı...
Tarix: 17.09.2021 / 16:25 •
Oxundu: 196 dəfə •
Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. “Libertatea” qəzetində “Ən seksual qız” seçildikdə mətbuatın diqqətini çəkir. Bundan sonra ikinci yeri tutduğu “Miss Playboy” müsabiqəsinə qatılır. Amma arzusu həmişə televiziyada işləmək idi. Bir gün bu arzusuna çatır. Özünü yalnız modellik karyerasına həsr etmək üçün bu işdən imtina etsə də, yenidən qayıdacaqdı.
Andrea Mantea məşhur azərbaycanlı əsilli rumıniyalı və ispaniyalı model, teleaparıcı və müğənnidir. O, həm də Rumıniyada gözəllik yarışmasının qalibi olaraq, bu ölkənin yeni tarixinin ən gözəl qadınları sırasına adını yazıdırıb.
Azərbaycanlı atanın qızı
Andrea Mantea 1986-cı il sentyabrın 20-də Rumıniyanın Buxarest şəhərində anadan olub. Əsl adı Andrea Kərimlidir. Bioqrafiyasında atasının adı haqda məlumat olmasa da, azərbaycanlı olduğu bildirilir.
Buxarestdə Sfantul Pantelimon Liseyini bitirib. Eyni zamanda, Buxarest Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunudur.
Andrea modellik karyerasına yeniyetmə yaşlarından başlayıb və bir neçə gözəllik müsabiqəsinin qalibi olub.
Son şam yeməyi
Andrea Manteanın ilk iş yeri doqquzuncu sinifdə oxuyarkən Buxarestdə işlədiyi bir restoran idi. Müştərilərdən biri onun nə qədər gözəl olduğunu görüb fiziki keyfiyyətlərindən istifadə etməyi təklif etdikdən sonra bu, onu modellərin dünyası ilə tanış edir. Beləliklə, Andrea moda kastinqlərində görünməyə başlayır. Bu təklifdən sonra İspaniyaya gedəndə heç 18 yaşı yoxdu.
Madridin striptiz və ya gecə klublarında ofisiant və rəqqasə işlədiyi vaxt məşhur ispan iş adamı Fransosko Roiqlə tanış olur. Andrea modelyer Pako Rabannonu Roiq vasitəsilə tanıyır. Rabanno ilə işləməyə başlayan gənc model tez-tez ispan jurnallarının üz qabığında görünməyə başlayır.
“Qaynar nəşrlər”
Andrea ilk dəfə 2006-cı ildə “Promotor” jurnalı üçün foto çəkdirib. Bundan bir neçə ay ərzində “Miss Playboy” yarışmasına qatılıb, ikinci yeri tutub. Bundan sonra məşhur “Libertatea” qəzetinin müsabiqəsində “Ən seksual qız” seçilib. Bu, Rumıniyanın ən gözəl qızlarından bəzilərinin bədənlərini tez-tez nümayiş etdirdiyi yerdir.
Andrea məşhur Hyu Hefnerin malikanəsində təşkil edilmiş “Playboy” təqvimi üçün seçilib. Həmin gecə çəkilən fotoları 2009-cu ildə Ukraynada “Playboy”un “qaynar nəşrlər” seriyasının başlanğıcı olub.
Geofiziklə tanışlıq
İyirmi yaşında İspaniyada məşhur geofizik Mioar Mantea ilə tanış olur və soyadını dəyişdirərək onunla evlənir. Bir müddət sonra ispan film rejissoru Pedro Almodovarla tanış olur və onun ekran əsərlərinə dəvət almağa başlayır. Aktrisa olmaq qərarı vermişdi. Almodovarın filmlərindən birində italyan fahişəsi obrazını canlandırır.
İspaniyada “ulduz”u parıldamağa başlayanda Rumıniyadan gəlirli təklif alır və ora köçür, həyat yoldaşı işi üçün Almaniyaya gedir.
Andrea Mantea “Maxim”, “Vogue”, “Fanatik” və digər məşhur nəşrlər üçün model kimi kamera qarşısına keçib. Bir neçə dəfə bu jurnalların üz qabıqlarında görünüb. 2008-ci ilin avqust ayında “Pleyboy qızı” seçilib. Andrea Mantea bir neçə dəfə Fransa, Braziliya və Ukraynada kamera qarşısında pozalar verib və həmin ölkələrdə müxtəlif jurnallarda fotoları dərc olunub. 2011-ci ildə növbəti dəfə “Playboy” üçün soyunub.
Karyerasında musiqiyə də yer ayıran Andrea 2009-cu ildə Rumıniyada ilk musiqi albomunu buraxıb.
Canlı yayımda aşiq olmaq
Andrea Mantea bu gün Rumıniyada ən məşhur teleaparıcılardan biridir.
2005-ci ildə müxbir olaraq işlədiyi “Kiss” TV-də televiziya karyerasına başlayıb. Bundan sonra “Antena 1”də yayımlanan şou proqramın aparıcılarından biri olur. Mediadakı ilk uğurları onu Rumıniyanın ən reytinqli telekanalları və proqramları üçün qapıları üzünə açıb. Heç bir jurnalistika təhsili olmayan Andreanın televiziya karyerasında Türkiyənin məşhur “D” telekanalı da var.
Andrea 2014-cü ildə “Antena 1”də aparıcısı olduğu şou proqramının yayımı zamanı oğlu Davidin atası olan Kristian Mitreyaya aşiq olur. İkisi arasında qarışıq sevgi var idi. Onun sözlərinə görə, aralarındakı davalar hamiləliyinin altıncı ayında olanda başlayıb. Münasibətlərin getdikcə mürəkkəbləşdiyini görən Andrea onunla münasibətlərinə son qoyub.
O, bu gün də Rumıniyanın ən gözəl “ulduz”larından biri sayılır.