Bu gün:


Peskov: NATO günü-gündən Rusiya sərhədinə yaxınlaşır

Tarix: 13.11.2021 / 12:14  •   Oxundu: 57 dəfə  •  

Rusiyanın Ukraynaya hücuma hazırlaşması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

İDEAL Media.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, bu cür iddialar gərginliyi artırmaq cəhdindən başqa bir şey deyil:
“Belə məlumatdansa, ABŞ hərbi gəmilərinin Qara dənizdəki varlığına diqqət çəkmək lazımdır. ABŞ və onun rəhbərlik etdiyi NATO günü-gündən Rusiya sərhədlərinə yaxınlaşır və ciddi qüvvələr toplayır”.

Qeyd edək ki, “Blumberq” Rusiyanın Ukraynaya hücuma hazırlaşması ilə bağlı məlumat paylaşıb.