Bu gün:


İran ordusunun mütəxəssislərinin olduğu gizli düşərgə bombalandı

Tarix: 18.11.2021 / 11:00  •   Oxundu: 120 dəfə  •  

Ərəb koalisiyası Yəmənə hücum edib.

Koalisiya qüvvələrinin hücumlarının hədəfində Husi üsyançı qruplarının mövqeləri olub. İrimiqyaslı hücum zamanı Sana, Zemar, Sadə və Cevf olmaqla 4 şəhər bombalanıb. Məlumata görə, hücumlar zamanı İran ordusunun və Hizbullah mütəxəssislərinin olduğu gizli düşərgələr də hədəfə alınıb. Tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, son vaxtlar Husi üsyançıları ballistik raketlərdən istifadə etməklə Yəmən ordusunun mövqelərini və yaşayış yerlərini bombalayırdı.