Döyüşlər şiddətləndi: Ərdoğandan təcili kömək istədilər
Tarix: 15.03.2021 / 20:27 •
Oxundu: 294 dəfə •
Yəmənin Taiz bölgəsindəki hərbçilərin yerləşdiyi məktəbə raket zərbəsi endirilib.
İddialara görə hücum zamanı azı 15 hərbçi və 3 dinc insan həlak olub. Məlumata görə, son günlər hərbçilər bəzi məntəqələrdə irəliləyiş əldə etsələr də, Husilərin müqavimətini qırmaq mümkün olmayıb. Ordu Husilərin son qalası hesab olun Marib bölgəsində ciddi təzyiqlə üzləşib. Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən ordusu İHA-ların vasitəsilə Husiləri məğlub etmək niyyətindədir.
İddialara görə, bu məqsədlə Səudiyyə Ərəbistanı Türkiyədən İHA-lar istəyib. Səudiyyə mediasının məlumatına görə, tərəflər məsələ ilə bağlı Qətərda danışıqlar aparıb. Bildirilir ki, prezident Rəcəb Tayyib Ərdoğanın razılığı olarsa, İHA-ların Yəmənə göndərilməsi ilə bağlı problem olmayacaq. Məlumatda qeyd olunur ki, Səudiyyə Ərəbistanında olan ABŞ İHA-larının 3-cü ölkədə istifadəsi qadağan olunduğundan krallıq onları Yəmənə göndərə bilmir.