Rusiya "boz zona"ya genişlənir: hücum planı...
Tarix: 28.11.2021 / 10:22 •
Oxundu: 80 dəfə •
Moskva öz təsirini Ukrayna, Belarus, Moldova və Cənubi Qafqazın da daxil olduğu “boz zona”ya genişləndirməyə çalışır.
İDEAL Media.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton bildirib.
Bolton məqaləsində Rusiyanın postsovet məkanındakı mövqelərinə zərbə endirmək planını açıqlayıb:
“Ukraynaya hərbi yardımın artırılması, Şimal Axını-2-nin bloklanması, Rusiya neftinin boykot edilməsi və digər diplomatik və iqtisadi sanksiyalar haqlı tədbirlərdir, lakin bunlar kifayət deyil”.
Ağ Ev rəhbərinin keçmiş müşavirinin fikrincə, ABŞ və NATO bütövlükdə hücum xarakterli hərəkətlərə keçməlidir, postsovet məkanının “dondurulmuş münaqişələri”ni açmağa başlamalı və digər maneələri aradan qaldırmalıdır. Belə ki, o, nümunə kimi Dnestryanı və Moldova ilə bağlı vəziyyəti göstərib. Bundan əlavə, Bolton Abxaziya və Cənubi Osetiya problemlərinə diqqət yetirməyə çağırıb.
Amerikalı siyasətçi təklif edib ki, bütün bu münaqişələr Moskvanın diqqətini Ukrayna istiqamətindən yayındırmağa kömək edəcək.