"Hizbullah" 2000-ə yaxın PUA ilə İsrailə hücuma hazırlaşır...
Tarix: 23.12.2021 / 10:19 •
Oxundu: 131 dəfə •
"ALMA Araşdırma Mərkəzinin yeni hesabatına görə, "Hizbullah"ın 2000-ə yaxın pilotsuz uçuş aparatı var ki, bunların çoxu İrandan gətirlən müasir PUA-lardır, digərləri isə Livan terror qruplaşması tərəfindən təkbaşına istehsal olunub".
İDEAL Media.az xəbər verir ki, bu barədə İsrailin "Yerusalem Post" qəzeti məlumat yayıb.
"Hizbullah" 1990-cı illərdən bəri insansız hava uçaqlarından(İHU) istifadə edir və pilotsuz təyyarələrdən Suriyada, eləcə də İsrailə qarşı yararlanıb.
Hələ 2006-cı ildə - İkinci Livan Müharibəsi başlamazdan əvvəl də, müharibə zamanı da qrup İsrail ərazisinə "bir neçə silahlı pilotsuz təyyarə göndərib.
"ALMA"-nın hesabatında "Hizbullah"ın pilotsuz təyyarələrini İsrailə göndərmək üçün bir neçə cəhdi sadalanır, o cümlədən 2012-ci ilin oktyabrında Aralıq dənizi üzərindən buraxılan PUA İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri tərəfindən ölkənin Negev bölgəsinə çatanda tutulanadək hərəkət edib.
2013-cü ildə qrupun İran istehsalı olan 200 PUA-sı olub və o vaxtdan bəri İslam Respublikasının köməyi ilə donanmasını xeyli artırıb və bu donanmadan İsraildəki strateji hədəflərə kamikadze hücumları, eləcə də "SAXAL" ordusuna qarşı kəşfiyyat üçün istifadə olunacaq.
"Hizbullah" çox güman ki, "Mohajer", "Şahed", "Samed", "Karrar" və "Saegah" kimi qabaqcıl İHU-lara malikdir. Təşkilatın həmçinin Çin istehsalı olan onlarla kiçik mülki pilotsuz uçan aparatları var ki, bunlardan fotoşəkil çəkmək, bomba daşımaq və atmaq üçün istifadə olunur.
İran 1984-cü ildən öz İHU ordusunu qurur və bu donanma nəinki 2000 kilometrdən çox əhəmiyyətli uçuş məsafəsinə, həm də çox inkişaf etmiş dizayn və əməliyyat imkanlarına malikdir.