Bu gün:


Rusiyaya xəbərdarlıq edildi: “Dialoq yox, savaş yolu seçilsə...”

Tarix: 24.12.2021 / 18:20  •   Oxundu: 133 dəfə  •  

Rəsmi London Moskvaya Ukraynaya mümkün hücumla bağlı xəbərdarlıq edib.
 
İngiltərə Xarici işlər naziri Liz Trass açıqlamasında Kremlin Ukrayna və NATO-ya qarşı aqressiv və təxribatçı ritorikasını pislədiyini bildirib.
 
O, Rusiyanın Ukrayna sərhədində və qeyri-qanuni ilhaq etdiyi Krımda hərbi cəhətdən güclənməsinin qəbuledilməz olduğunu deyib:
 
“Rusiyanın istənilən hücumu böyük strateji səhv olardı”, - Trass qeyd edib.
 
Nazir Rusiyanın mümkün hücumlarına sərt cavabın veriləcəyini də diqqətə çatdırıb.
 
“İngiltərənin Ukraynaya dəstəyi sarsılmazdır”, - deyən Trass İngiltərənin işğalçı hücum olacağı təqdirdə müttəfiqləri ilə birlikdə Rusiyanın maraqlarını və iqtisadiyyatını hədəfə alacaq addımlar atacağına dair xəbərdarlıq edib.
 
“Rusiya üçün mövcud vəziyyətdən yeganə çıxış yolu dialoqdur və mən Rusiyanın yanvarda danışıqlara başlamağa hazır olduğuna dair siqnallarını alqışlayıram. Rusiya hökuməti gərginliyi azaltmalı və ciddi şəkildə danışmağa başlamalıdır”, - nazir bildirib.