Bu gün:


Kim Çen İn 2022-ci ili "ölümcül mübarizə ili" adlandırdı

Tarix: 01.01.2022 / 15:01  •   Oxundu: 117 dəfə  •  

"2022-ci il "böyük ölümcül mübarizə" ili olacaq".

Bunu Şimali Koreya lideri Kim Çen İn ölkənin Koreya Fəhlə Partiyasının bayramöncəsi iclasında çıxışında deyib.

O iclas zamanı ABŞ və yaxud Cənubi Koreya ilə münasibətlərdən deyil, daha çox ölkənin daxili problemlərinə toxunub.

Kim Çen İnin sözlərinə görə, 2022-ci ilin mübarizəsi – böyük ölümcül mübarizədir və sosializmin hərtərəfli inkişafı, böyük Şimali Koreya xalqı naminə zərrə qədər ləngimədən ona qalib gəlmək lazımdır.

O həmçinin partiya və Şimali Koreya xalqının 2022-ci ildə uğur qazanacağından əminliyini ifadə edib.