"Bizə lüt soyunmağı və diz çökməyi əmr edirdilər..."
Tarix: 07.04.2022 / 16:47 •
Oxundu: 183 dəfə •
Aprelin 1-də mübadilə nəticəsində əsirlikdən azad olunan ukraynalı qadın hərbi qulluqçular rusiyalı işğalçılar tərəfindən işgəncələrə məruz qalıb.
İDEAL Media.az xəbər verir ki, bu barədə Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərin reinteqrasiya məsələləri üzrə Nazirliyinin mətbuat xidməti "Facebook" səhifəsində yazıb.
Qeyd edilir ki, 15 qadın azad edilib, onların mübadilə qrupuna daxil edilməsi Ukrayna tərəfinin prinsipial mövqeyi olub.
Hərbi rabitəçi Anastasiya Matruşşenko məlumat verib ki, onun xidmət etdiyi hərbi hissə işğalçılar tərəfindən artilleriya və tanklardan atəşə tutulub.
"Növbətçilərin olduğu bunkerə tankdan bir neçə dəfə atəş açdilar. Toz çəkiləndən sonra otağa qumbaralar yağmağa başladı. Bizim silahımızı, geyimlərimizi, zirehli gödəkçələrimizi və mobil telefonlarımızı götürdülər. Əllərimizi bağlayıb, gözlərimizə sarğı qoydular", - qadın danışıb.
Matruşşenkonu əvvəlcə Belarusa aparıb, sonra isə Rusiyanın Bryansk şəhərindəki 3 saylı istintaq təcridxanasına salıblar.
"Həbsxana gözətçiləri bizi sıraya düzüb, mənəvi cəhətdən sındırmağa cəhd edirdilər. Rəislərdən biri dəfələrlə üzümə baxaraq ucadan qışqırırdı: "Rusiyaya eşq olsun!" və eyni cavabı gözləyirdilər. Amma biz susurduq və onlar bizə işgəncələr verirdi", - hərbi qülluqçu qadın məlumat verib.
Onun sözlərinə görə, kişilərin yanında onlara lüt soyunmağı və diz çökməyi əmr ediblər. Sonra saçlarını keçəl qırxıb, kamerada dindiriblər.
Aleksandr Tsepukun xidmət etdiyi rabitə qovşağı işğalçılardan bütün mümkün vasitələrdən müdafiə olunub. Lakin işğalçılar ağır silahdan istifadə edərək bunkerə qumbaralar atıb.
"Belarusa və oradan da Rusiyaya gedəndə yolboyu onlar axtarış keçirirdi", - Tsepuk məlumat verib.
Belarusda Rusiya televiziyasının reportyorları hərbi qulluqçuların müşayiəti ilə onlara yaxınlaşıb.
"Bizim Ukrayna dilində danışmağımız onların xoşuna gəlmirdi, bizdən rusca danışmağı tələb edirdilər. Məsələn, mən və həmkarlarım rus dilində yaxşı danışa bilmirik. Bu, reportyorları çox qəzəbləndiridi", - hərbi qulluqçu qadın danışıb.
Qadınların olduğu kamerada cəmi iki çarpayı və yeddi nəfərə bir matras olub.
"Belə "rahatlıq" üçün bizdən kameraya işğalçılar tərəfindən yaxşı münasibət göstərilməsini danışmağımızı tələb edirdilər. Biz bundan imtina etdik", -Aleksandra əlavə edib.
Qadınların mübadiləsi haqqında xəbər gözlənilməz olub, axı, bu müddət ərzində onlar ətraf aləmdən tamamilə təcrid edilib", - mətbuat xidmətinin məlumatında belə deyilir.
Əsirlikdən azad olunan ukraynalı qadın hərbi qulluqçular rus işğalçılarının vəhşiliklərindən danışıb