Rusiya vağzalı raketlə vurdu: 52 ölü
Tarix: 09.04.2022 / 08:43 •
Oxundu: 426 dəfə •
Rusiyanın Kramatorsk dəmir yolu vağzalına raket hücumu nəticəsində 30-dan çox insan həlak olub.
İDEAL Media.az xəbər verir ki, bu barədə “Ukrzaliznitsiya” şirkətinin idarə heyətinin rəhbəri Aleksandr Kamışin Teleqramda yazıb.
“Kramatorsk dəmir yolu stansiyasına raket hücumu nəticəsində 30-dan çox insan həlak olub, 100-dən çox insan yaralanıb. Bu, dəmir yolunun sərnişin infrastrukturuna və Kramatorsk şəhərinin sakinlərinə məqsədyönlü zərbədir”, - o bildirib.
Qeyd edək ki, Zelenski vağzalın "Toçka-U" raketi ilə vurulduğu açıqlayıb.
***
Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.
Onlardan 4-nün uşaq olduğu bildirilir.
***
Rusiyanın Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 50-ə çatıb.
Bu barədə Donetsk Regional Dövlət Administrasiyasının sədri Pavel Kirilenko bildirib.
Ölənlərdən 5-i uşaqdır.