Bu gün:


"Mən, sadəcə, ərə gedib uşaq dünyaya gətirmək istəyirəm..."

Tarix: 13.04.2022 / 08:31  •   Oxundu: 98 dəfə  •  

Dünyaca məşhur 40 yaşlı müğənni 28 yaşlı modelə ərə gedir
 
Qəyyumluqdam xilas olan Britni Spirs hamilə olduğunu bildirib
 
Amerikalı pop ifaçı Britni Spirs rəsmən özünün üçüncü hamiləliyi barədə məlumat verib. Bu xoş hadisə ifaçının atasının qəyyumluğundan xilas olandan bir neçə ay sonra baş verib. Onun sözlərinə görə, atası ona ərə getməyi və uşaq dünyaya gətirməyi qadağan edib.
 
İDEAL Media.az
xəbər verir ki, bu barədə "The  Guardian" nəşri məlumat yayıb.
 
40 yaşlı Britni Spirs özünün İnstagram səhifəsində məlumat verib ki, öz nişanlısı, 28 yaşlı aktyor və fitnes- model Sem Asqaridən uşaq gözləyir.
 
Öz postunda müğənni Mayi məzuniyyətindən sonra çəkisinin bir neçə kiloqram artdığını yazıb. Tərəfdaşı zarafatla ona "yeməkdən hamilə qalmısan" söyləyib.
 
O zaman Britni testdən keçərək hamilə oluğunu anlayıb.
 
Xatırladaq ki, 2021- ci ilin noyabrında dünyaca məşhur müğənni öz azadlığını bərpa edərək, məhkəmə qaydasında 14 il həyatında davam edən qəyyumluqdan xilas olub.

Dinləmələr zamanı Spirs deyib ki, ona 2017- ci ildən münasibətlərdə olduğu öz oğlan dostuna ərə getməyə qadağan ediblər, o, həmçinin, iradəsinə zidd olaraq kontraseptiv (hamiləliyə qarşı) vasitələrdən istifadə etməyə məcbur edilib, konsertlərdə istismar olunub, ona pul verilməyib və o, kameralarla izlənilib.
 
"Mən, sadəcə, ərə gedib uşaq dünyaya gətirmək istəyirəm", - Britni məhkəmədə bəyan edib və, deyəsən, onun arzuları çin olacaq.
 
Spirs və Asqari ötən ilin sentyabr ayında müğənninin atasının qəyyumluğa son qoyması barədə müraciət etdikdən cəmisi bir neçə ay sonra nişanlanıblar.
 
Britni Spirsin işi #FreeBritney hərəkatının yaranmasına gətirib çıxarıb, bütün dünyada etirazılara səbəb olub və ABŞ- da qəyyumluq müəssisələrinin roluna diqqəti artırıb.
 
Bu il müğənni çıxış etmək və öz müstəqilliyi uğrunda mücadiləsi barədə danışmaq üçün Konqresə dəvət alıb.