Əfqanıstanda ölənlərin sayı 47-yə çatıb
Tarix: 18.04.2022 / 09:34 •
Oxundu: 65 dəfə •
Pakistanın Əfqanıstanın şərqindəki Xost və Kunar əyalətlərinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı ən azı 47 nəfərə çatıb.
İDEAL Media.az xəbər verir ki, France Press-ə bu barədə Əfqanıstan rəsmiləri aprelin 16-da bildiriblər.
Xost əyalətinin informasiya və mədəniyyət direktoru Şabir Əhməd Osmani agentliyə bildirib ki, “Pakistan hərbçilərinin Xost vilayətində Duran xəttinə endirdiyi hava zərbələri nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 41 mülki şəxs həlak olub, daha 22 nəfər yaralanıb.
Digər iki məmur Xostda ölənlərin sayını təsdiqləyib. Əfqanıstan rəsmisi həmçinin bildirib ki, şənbə günü Kunar əyalətində 6 nəfər həlak olub.
Pakistan ordusu hələlik zərbələrlə bağlı şərh verməyib, lakin bazar günü İslamabaddakı xarici işlər nazirliyi Kabildəki Taliban hakimiyyətini Əfqanıstan ərazisindən Pakistana edilən hücumlara qarşı "sərt tədbirlər" görməyə çağırıb.
Keçən il Taliban hakimiyyəti ələ keçirdikdən sonra Pakistan və Əfqanıstan sərhədində gərginlik artıb və İslamabad yarımhərbi qrupların Əfqanıstan ərazisindən müntəzəm hücumlar təşkil etdiyini iddia edir.
Taliban pakistanlı yaraqlılara sığınacaq verməsini inkar edir, lakin İslamabadın 2700 kilometrlik sərhədi boyunca tikdiyi hasardan da qəzəblənir.