Bu gün:


Əfqanıstanda qızılca epidemiyası

Tarix: 18.04.2022 / 13:50  •   Oxundu: 54 dəfə  •  

Əfqanıstanda ilin əvvəlindən qızılca epidemiyasından 130-dan çox uşaq ölüb.

İDEAL Media.az xəbər verir ki, ABŞ-ın ölkədən çıxmasından sonra beynəlxalq yardımların kəsilməsi, iqtisadi böhranın dərinləşməsi kimi problemlərin olduğu Əfqanıstanda müharibə, aclıq və yoxsulluq ən çox uşaqlara təsir edir.

Taliban müvəqqəti hökumətinin Səhiyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin əvvəlindən bəri ölkə üzrə 16 mindən çox uşaq qızılcaya yoluxub.