Bu gün:


Arestoviç: Rusları bu tarixə kimi məhv edəcəyik

Tarix: 21.04.2022 / 09:47  •   Oxundu: 106 dəfə  •  

Döyüşlərin aktiv mərhələsi mayın 9-dək davam edəcək.

İDEAL Media.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Ssenari belə də ola bilər - mayın 9-dan əvvəl öləcəklər, aktiv hücuma keçə bilməyəcəklər və ya bəlkə də daha tez olacaq. Və sonra mövqe müharibəsi və iyula qədər biz onları öz torpaqlarımızda tədricən məhv edəcəyik”, - Arestoviç söyləyib.

O, bundan sonra rusların “ipək kimi” olacağını, danışıqlara gedəcəyini və ən azı fevralın 23-nə qədər olan vəziyyətə qayıdacağını bildirib:
“Bu variantın əsas şərti kifayət miqdarda Qərb silahlarıdır - ilk növbədə artilleriyalar”.