Bu gün:


Fransada Makronun yenidən seçilməsinə etiraz aksiyası keçirilir

Tarix: 25.04.2022 / 10:24  •   Oxundu: 71 dəfə  •  

Fransada prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyaları keçirilib.

İdealMedia.az” xarici mediaya istinadən xəbər verir ki, Emmanuel Makronun yenidən ölkə Prezidenti seçilməsinə etiraz olaraq aksiyalar Paris, Tuluza, Nant, Monpelye şəhərlərində və digər ərazilərdə baş tutub.

Məlumata görə, Tuluzada təqribən 400 nəfər küçələrə toplaşıb və əllərində “Nə Makron, nə Le Pen” yazılı plakatlar daşıyıblar.
Parisdə isə polis və aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.
Xatırladaq ki, aprelin 24-ü Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Makron 58 faiz səslə ikinci turu lider kimi başa vurub.