Bu gün:


İsveç baş naziri Ərdoğanla müzakirəsindən yazdı

Tarix: 22.05.2022 / 06:51  •   Oxundu: 90 dəfə  •  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsveçin NATO-ya üzvlüyü ilə bağlı danışığı yüksək qiymətləndiririk.
İDEAL Media.az xəbər verir ki, bu barədə İsveçin Baş naziri Maqdalena Andersson Tvitter hesabında yazıb.

"Sülh, təhlükəsizlik və terrorla mübarizə də daxil olmaqla, ikitərəfli əlaqələrimizi gücləndirməyi səbirsizliklə gözləyirik", - Andersson bildirib.
Qeyd edək ki, Ərdoğan 21 mayda Finlandiya və İsveç liderləri ilə onların NATO-ya üzvlüyü məsələsini müzakirə edib.