Türkiyə razı olacaq, ancaq bunları alandan sonra...
Tarix: 19.05.2022 / 20:45 •
Oxundu: 61 dəfə •
Türkiyə sonda Finlandiya və İsveçin NATO-ya daxil olmasını dəstəkləyəcək, lakin bunun müqabilində Qərbdən iqtisadiyyat və təhlükəsizlik sahəsində imtiyazlar və güzəştlər istəyəcək.
Bu barədə ABŞ-ın Salem Dövlət Universitetinin siyasi elmlər professoru Kanişkan Sathasivam danışıb.
"Əsl səbəb odur ki, Türkiyə NATO-dakı dəyərli olan səsini özü üçün faydalı bir şeyə çevirmək istəyir. Bunun Finlandiya və ya İsveçlə heç bir əlaqəsi yoxdur", - professor söyləyib.
Politoloqun sözlərinə görə, hazırda Türkiyə ABŞ və digər Qərb dövlətlərindən siyasi və diplomatik uzaqlaşma, daxildə isə ciddi iqtisadi problemlərlə üzləşib:
"Ona görə də Ərdoğan bu məsələni Qərbdən imtiyazlar, güzəştlər və yardımlar əldə etmək üçün bir vasitə kimi istifadə etməyi hədəfləyir".
Ekspertə görə, Türkiyənin irəli sürdüyü istənilən şərt yalnız İsveç və Finlandiyaya şamil ediləcək və Ərdoğan bu ölkələrdən nəsə almağa çalışacaq.