Bu gün:


Ronaldunun nişanlısı körpələrinin ölümündən sonra ilk dəfə səhnəyə çıxdı

Tarix: 27.05.2022 / 08:09  •   Oxundu: 101 dəfə  •  

“Mançester Yunayted”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun nişanlısı model Corcina Rodriqez körpəsinin ölümündən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Rodriqez Kannda “Elvis” filminin premyerasına qatılıb.
Onun üzərində dərin dekolteli gümüşü paltar olub. Model yırtmaclı paltarını eyni rəngli “steletto” sandal, eləcə də sırğalar və zümrüd qaşlı bilərziklə tamamlayıb.

Qeyd edək ki, Rodriqes Ronaldudan əkizlərə hamilə idi. Lakin ötən ayın sonunda, aprelin 19-da futbolçu əkizlərdən birinin doğuş zamanı dünyasını dəyişdiyini açıqlamışdı.

“Çox kədərlə körpəmizin vəfat etdiyini elan etməliyik. Bu, hər bir valideynin yaşaya biləcəyi ən böyük ağrıdır. Yalnız körpə qızımızın dünyaya gəlməsi bizə bu anı bir qədər ümid və xoşbəxtliklə yaşamağa güc verir. Bu itki bizi sarsıtdı”, - deyə o, sosial şəbəkədə yazıb.