Portuqaliya millisinin baş məşqçisi: “Ronaldu Azərbaycana getməyəcək”
Tarix: 02.09.2021 / 13:02 •
Oxundu: 183 dəfə •
“Biz Ronaldunun Portuqaliyada qalıb-qalmayacağına hələ qərar verməmişik. Komandada 24-25 oyunçu var. O, Azərbaycana getməyəcək. Bu, elə də ciddi önəm kəsb etmir”.
Bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santus deyib.
O, dünya çempionatının seçmə mərhələsi çərçivəsində İrlandiyaya 2:1 qalib gəldikləri oyundan sonra Portuqaliyanın RTP mətbuat orqanına müsahibəsində komandanın kapitanı Kriştianu Ronaldunun durumu ilə bağlı danışıb. Baş məşqçi sentyabrın 4-də Ronaldunun Macarıstanın Debretsen şəhərində Qətərlə yoldaşlıq oyununa aparıla biləcəyini istisna etməyib.
Lakin sentyabrın 7-də millimizlə görüşdə Ronaldunun oynaya bilməyəcəyi dəqiqləşdiyindən, idmançının Bakıya aparılmasına ehtiyac qalmayıb.
O daha sonra oyunda penaltini icra edə bilməyən Ronaldunun İrlandiya ilə oyunun son dəqiqələrində iki baş zərbəsi ilə komandaya qələbə qazandırması barədə danışıb:
“Ronaldu həmişə belə edir. Xoşuma gələn dahi oyunçuların bəzən oyunları yaxşı alınmır. Uzun illər əvvəl Cimi Haqan (ingilis məşqçi 1970-1973-cü illərdə “Benfika”nın baş məşqçisi olub – S.M.) adlı məşqçidən soruşdum. Dedim ki, niyə Eusebio yaxşı oynamasa da, meydandan çıxarılmır? Ancaq ehtiyac olanda o, meydanda görünürdü. Böyük oyunçuların etdiyi budur. Onlar yaxşı çıxış etməzlər, ancaq hər zaman əllərindən gələni edib oyunun taleyini həll edərlər”.
Qeyd edək ki, Kriştianu Ronaldu sonuncu dəqiqədə – 90+6-da qol vuraraq komandasına qələbə qazandırıb. Bundan sonra portuqaliyalı ulduz qol sevincini qeyd edərkən formasını çıxarıb. Bu səbəbdən də sari vərəqə alaraq millimizlə oyun öncəsi cəzalı duruma düşüb.(