Bu gün:


"Kəpəz"in keçmiş futbolçusu müharibəyə qoşuldu

Tarix: 01.06.2022 / 07:51  •   Oxundu: 62 dəfə  •  

Azərbaycanın "Kəpəz" klubunun keçmiş ukraynalı futbolçusu Aleksandr Sıtnik ölkəsində gedən döyüşlərə qatılıb.
İDEAL Media.az xəbər verir ki, 38 yaşlı hücumçu Slavyansk şəhərinin müdafiəsində iştirak edir.

"Əvvəl gizləniridm. Amma artıq öyrəşmişəm. Daha doğrusu, buna alışmaq qeyri-mümkündür. Anlayıram ki, başımın üstündən mərmilər uçur və istənilən vaxt mənə dəyə bilər. Sadəcə, indi qorxu yoxdur, müəyyən təcrübə qazanmışam", - Sıtnik vurğulayıb.

Qeyd edək ki, Aleksandr Sıtnik 2015/2016 mövsümündə "Kəpəz"in üzvü olub.