Bu gün:


Rusiya bu şəhərin internetini kəsdi

Tarix: 01.06.2022 / 08:21  •   Oxundu: 78 dəfə  •  

Ukraynanın Xerson vilayətində rus işğalçıları rabitə və interneti kəsiblər.
İDEAL Media.az xəbər verir ki, bu barədə ölkənin Xüsusi Rabitə və İnformasiyanın Mühafizəsi üzrə Dövlət Xidməti məlumat verib.

“Şirkətlərdən daxil olan məlumata görə, işğal rejiminin nümayəndələri avadanlığın istismarına müdaxilə edib, avadanlıqların enerjisini kəsib, kabelləri ayırıb və s.

İndi regionun sakinləri Ukraynanın mobil rabitəsindən və internetdən, eləcə də stasionar telefonlardan istifadə etmək imkanından məhrumdurlar”, - məlumatda bildirilib.