Bu gün:


Bu, Putin üçün ölümcül zərbə ola bilər - Eydman

Tarix: 02.06.2022 / 08:51  •   Oxundu: 72 dəfə  •  

Rusiya ordusunda üsyan yetişir. Və bu, Rusiya Prezidenti Vladimir Putin üçün ölümcül ola bilər.
İDEAL Media.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi, sosioloq İqor Eydman deyib.

“Narazılıq, qorxu, mənəvi və ideoloji motivasiyanın olmaması... Bu, Kreml üçün əsas problem ola bilər. Bəlkə də ölümcül. Putin üçün əsas problem itaətkarlıq üçün yeminin tükənməsidir. Döyüş eyni şövqlə davam edərsə, rus ordusu sadəcə qaça bilər. Çünki ordunun 80-90%-i tamamilə ruhdan düşmüş insanlardan ibarətdir. Biz bunu dinləmələrdən görürük - hətta zabitlər arasında da narazılıq artır”, - İ.Eydman qeyd edib.

O bildirib ki, hazırda Putinə qarşı qiyamı real saymır, ancaq müharibə uzandıqca narazılıq artacaq, məğlubiyyət isə hakimiyyətin sonu olacaq.