Belarus Azərbaycana körpü tirləri tədarük edəcək
Tarix: 13.06.2022 / 17:55 •
Oxundu: 75 dəfə •
Belarusun “Borisov şpal hopdurma zavodu” may ayında imzalanan müqaviləyə əsasən, Azərbaycana körpü tirləri tədarük etməyə hazırlaşır.
Bu barədə BELTA-ya müsahibəsində zavodun direktoru Gennadi Prosmıtski deyib.
Onun sözlərinə görə, iyunun sonunda müəssisə “Azərbaycan Dəmir Yolları” QSC üçün şpal məmulatlarının tədarükü ilə bağlı keçiriləcək iri tenderdə də iştirak etməyi planlaşdırır.
“Zavodun bütün məhsullarının təxminən 60%-i ixrac olunur. Təxminən üçdə biri Belarus Dəmir Yolu müəssisələrinin, 10%-i isə ölkə təşkilatlarının nöqtəli alışlarının payına düşür. Daimi müştərilər arasında Rusiya, Gürcüstan, Azərbaycan və s. ölkələrdir”, - deyə Gennadi Prosmıtski qeyd edib.
O həmçinin əlavə edib ki, ötən il zavod Böyük Britaniya bazarına çıxış imkanları əldə etsə də, lakin sanksiyaların təzyiqi səbəbindən çatdırılmalar müvəqqəti olaraq dayandırılıb.
“Lakin sanksiyalar bizim üçün stressli vəziyyətə çevrilmədi, biz tez bir zamanda çıxış yolu tapdıq. Rusiya Federasiyası, Azərbaycan və Gürcüstana əlavə tədarüklər sayəsində biz may ayına qədər azalan həcmləri kompensasiya edərək planlaşdırılan ixrac göstəricilərinə nail ola bilmişik”, - deyə Gennadi Prosmıtski əlavə edib.