Bu gün:


"Bu yeni raket kompleksləri ölkəmizi təhdid etmək istəyənləri düşünməyə vadar edəcək"

Tarix: 21.06.2022 / 21:34  •   Oxundu: 48 dəfə  •  

"Qaliblər nəslinin zabit və əsgərləri Suriyada terrorçularla fədakarcasına döyüşür, Donbası neonasistlərdən qoruyur"
 
"Analoqu olmayan" silah döyüş növbəsində dayanacaq"
 
Sovetlərin "Voyevoda" P-36M2 raketlərini əvəzləyən Rusiyanın yeni raket kompleksi 2022-ci ilin sonunda Rusiya orsusunda silahlanmaya daxil ediləcək.
 
İDEAL Media.az
xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə ölkənin ali tədris müəssisələrinin məzunları ilə görüşündə bəyan edib. Məlumatı SİTA agentliyi yayıb.
 
"Ağır qitələrarası ballistik "Sarmat" raketinin uğurlu sınağı keçirilib. Artıq ilin sonunda ilk belə kompleks döyüş növbəsinə qoyulacaq", - Rusiya lideri deyib.
 
Gələcək hərbçilər qarşısında çıxış edərək, Putin deyib ki, Rusiya ordusu "analoqu olmayan"  C-500 hava hücumundan müdafiə komplekslərini almağa başlayıb.
 
Məzunlara müraciət edərək, Kreml rəhbəri xatırladıb ki, bu gün "qaliblər nəslinin zabit və əsgərləri" Suriyada terrorçularla fədakarcasına döyüşür və "Donbası neonasistlərdən qoruyur".
 
Putin bundan sonra da müasir hərbi münaqişələr əsasında təhlükə və riskləri nəzərə almaqla Rusiyanın hərbi potensialını möhkəmləndirməyi vəd edib.
 
"Kəşfiyyatın ən yeni idarəetmə vasitələrinin robot texnikasını, pilotsuz uçuş aparatlarını, lazer, elektromaqnit və digər silahları daha geniş tətbiq etmək lazım gələcək", - o, belə deyib.
 
İki ay öncə Rusiya müdafiə nazirliyi "Sarmat" qitələrarası ballistik raketinin uğurlu sınaqları barədə hesabat verib. Bu raketlər, Putinin sözlərinə görə, "qatı aqressiv ritorikanın təsiri altında ölkəmizi təhdid etmək istəyənləri düşünməyə vadar edəcək".
 
İyunun 12-də, Rusiya günündə "Roskosmos"un rəhbəri Dmitri Roqozin Vladimir Orlovun "Qardaş-2" filmindən şeir səsləndirib. "Mən dünyada hamını sevirəm" sözlərini "Sarmat" raketinin startı müşayiət edib.