Bu gün:


Laçında hələ də 70 erməni ailəsi sülənir...

Tarix: 24.03.2021 / 11:45  •   Oxundu: 145 dəfə  •  

“Buradakı erməni uşaqları hər gün Zabux kəndindəki  Qaregin Njde adına məktəbə gedib-gəlir..."
 
“Hazırda Laçında heç bir ictimai nəqliyyat yoxdur, aptek və xəstəxanalar, məktəblər, uşaq bağçaları və digər təşkilatlar da işləmir. Ancaq şəhərdə elektrik, su təchizatı və mobil və internet əlaqəsi var. Və bunlar Laçında qalan ermənilər üçün pulsuzdur...”

Rusiya mediasında Laçın dəhlizi barədə hazırlanmış növbəti reportajda belə deyilir.

“Müharibədən əvvəl Laçın şəhərində təxminən 2200 erməni yaşayıb. Döyüşlər bitdikdən sonra isə yalnız 150 nəfər və ya 70 erməni ailəsi geri dönüb. Şəhərdə banklar və bankomatlar da işləmir. Qida və digər malların satıldığı yalnız iki pərakəndə satış məntəqəsi var. Laçında 3-4 “Artsax” polisi də fəaliyyət göstərir. Lakin hər şey əsasən Rusiya sülhməramlıları tərəfindən idarə olunur. Laçındakı xəstəxana binası da sülhməramlılara təhvil verilib.

Şəhərdə heç bir məktəb işləmədiyindən 11 erməni uşağı hər gün Ermənistanla sərhəddə yerləşən Zabux kəndindəki  Qaregin Njde adına məktəbə gedib-gəlir" – bu məlumatları  Rusiya müxbirinə qondarma “Kaşataq rayonu”nun başçısı Muşeq Alaverdyan və Laçında hələ də sülənən digər ermənilər verib.

Bəzi ermənilər deyir ki, Laçın bizim vətənimizdir və biz buradan heç yana gedən deyilik.  Hətta Ermənistan hökumətindən qalan 2000-ə yaxın erməninin də şəhərə qayıtması üçün şərait yaradılmasını tələb edənlər var.