"Belarusun Rusiyaya birləşdirilməsi Putinin SSRİ-ni dirçəltmək planlarının tərkib hissəsidir"
Tarix: 01.07.2022 / 11:56 •
Oxundu: 80 dəfə •
"Belarusun Rusiya ilə birləşmək planları yoxdur, bizim münasibətlərimiz xüsusi xarakter daşıyır"
Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Belarusun Rusiya ilə birləşməsi planları yoxdur.
İDEALMedia.az xəbər verir ki, bu barədə o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı bəyan edib.
"Biz o qədər ağılsız deyilik ki, Belarusu Rusiyanın və ya Rusiyanı Belarusun tərkibinə qataq. Bizim iki müstəqil dövlətin öz münasibətlərinin dünyada başqalarının bizə qibtə edəcək konstruksiyasını yaratmaq qədər ağıllıyıq", - o, Lavrova belə deyib.
Lukaşenkonun sözlərinə görə, artıq 30 ildir ki, "bu gün-sabah" Belarusun Rusiyanın bir hissəsi olacağını "hər zaman eşidirik", guya onu "həzm edəcəklər", amma bu, baş verməyib.
Bu zaman o, qeyd edib ki, Belarus və Rusiyanın "xüsusi münasibətləri var".
Görüşdə Lavrov Lukaşenkoya Rusiya prezidentinin təbrikini çatdırıb, baxmayaraq ki, cəmi bir neçə gün öncə, iyunun 25-də Lukaşenko Sankt-Peterburqda Putinlə görüşüb və danışıqlar aparıb.
Təsqiq edilməyən məlumatlara görə, görüş zamanı Belarus lideri ölkəsinin Silahlı Qüvvələrinin Rusiya-Ukrayna müharibəsində "Rusiya prezidentinin istədiyi sayda və keyfiyyətdə" iştirak edəcəyini vəd edib.
Bundan öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib ki, Putinlə Lukaşenkonun yeni görüşünə hazırlıq gedir.
Bu görüş bu gün və sabah Regionların Forumu keçirilən Qrodno şəhərində baş tutmalıdır.
Göründüyü kimi, Putinin yerinə Belarusa Lavrov təşrif buyurub.
Mayın 19-da Lukaşenko deyib ki, Rusiya ilə birləşmək məsələsini müzakirə etmək tezdir və "xalqı çaşdırmamağa" çağırış edib.
Lakin bir çox analitiklərin fikrinə görə, Belarusun Rusiyaya birləşdirilməsi Putinin Sovet İttifaqını dirçəltmək planlarının, Ukraynada müharibə kimi, tərkib hissəsidir.