Lukaşenkonun iti Tacikistan prezidentinin masasına uzandı...
Tarix: 18.09.2021 / 09:11 •
Oxundu: 132 dəfə •
Belarus prezidenti Aleksandr Lukaşenkonun şpits cinsindən “Umka” ləqəbli iti növbəti qalmaqalın qəhrəmanına dönüb.
İDEAL Media.az xəbər verir ki, “EADaily” bu barədə Belarus KİV-ə istinadla məlumat yayıb.
Küçük Lukaşenko ilə birlikdə 10-16 sentyabrda keçirilən “Qərb-2021” təlimlərində iştirak edib. Daha sonra internetdə Belarus liderinin itinin guya xidməti “ovçarka”(çoban iti) tərəfindən dişləndiyi barədə şayiələr yayıldı. Ancaq sentyabrın 16-da Belarus prezidentinin mətbuat xidmətinə yaxın olan “Pul Pervıy” teleqram-kanalı Umkanın Düşənbədən olan bir i fotosunu yayımlayıb. Görüntülərdən itin Tacikistan Prezidenti Emoməli Rəhmonun iqamətgahındakı masanın üstündə uzandığı məlum olur.
Fotonun altında isə "Umka günəşli Düşənbədən hər kəsə salam göndərir" yazılıb.
Xatırladaq ki, Aleksandr Lukaşenko, özünün də dəfələrlə bəyan etdiyi kimi, heyvanları sevir. Onun təsərrüfatında atlar, inəklər, keçilər, qoyunlar, quşlar və pişiklər yaşayır. Avqust ayında Belarus prezidentinə “Rıjik” adlı dovşan da hədiyyə edilib.
Umka isə dəfələrlə ictimaiyyət qarşısına çıxıb və müzakirə mövzusu olub.