Bu gün:


Rus ordusuna ağır zərbə: 4 polkovnik öldürüldü

Tarix: 16.07.2022 / 13:21  •   Oxundu: 98 dəfə  •  

Ukrayna qoşunları HIMARS MLRS zərbələri nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin 106-cı Hava Desant Diviziyasının dörd komandir müavinini öldürüb.
 
Bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Analitiklər hərbçilərin ölümü ilə bağlı Rusiya KİV-lərində dərc olunan məlumatlara istinad edirlər.
Qeyd olunur ki, rus mediası 106-cı diviziyanın komandir müavinləri polkovnik Sergey Kuzminov, polkovnik Andrey Vasilyev və polkovnik Maksım Kudrinin ölümü ilə bağlı yazıb.
“Bu, görünür, Ukraynanın HIMARS-ın iyulun 9-da Şaxtyorsk üzərinə endirdiyi zərbələr nəticəsində 106-cı diviziyanın komandanlığının əhəmiyyətli hissəsinin öldürüldüyü və ya yaralandığı barədə bəyanatlarını təsdiqləyir”, - analitiklər yazır.
Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, rus qoşunları Slavyansk-Seversk-Baxmut xətti boyunca genişmiqyaslı hücuma hazırlaşır.