Bu gün:


Almaniya maska rejiminə qayıdacaq

Tarix: 18.07.2022 / 16:02  •   Oxundu: 68 dəfə  •  

Almaniyanın ədliyyə naziri Marko Buşman koronavirusun yeni dalğasına hazırlanmaq üçün qapalı və ictimai yerlərdə maska ​​taxmağın tezliklə məcburi olacağını açıqlayıb.
Onun sözlərinə görə, karantin və komendant saatı kimi tədbirlər geri qaytarılmayacaq.
 
Buşman hökumətin payız və qış aylarında yoluxmanın artmasına hazırlaşdığını bildirib.
 
Hazırda ictimai nəqliyyatda maska ​​tələbi ilə bağlı işlədiklərini vurğulayan almaniyalı rəsmi əlavə edib ki, pandemiyanın üçüncü ilində komendant saatı və məktəblərin bağlanması kimi tədbirlər məqsədəuyğun deyil.