"Putinin bu əsgərciyi yoxsulluğa, sonsuz ağrılara və ölümə düçar olacaq..."
Tarix: 28.07.2022 / 19:12 •
Oxundu: 95 dəfə •
"Mən əllərimi itirməyimə rəğmən, demək istəyirəm ki, qaçmağın mənası yoxdur, hər şey yaxşı olacaq, irəliyə getməliyik..."
"Xaç əlləri dəyişə bilməz, onunla sevgilini bağrına basa bilmərsən, stəkanı qaldıra, kimsənin ağzına yumruq vura, sükanı idarə edə bilmərsən..."
Ukrayna vətəndaşlığını alan tanınmış rusiyalı jurnalist və publisist Aleksandr Nevzorov sosial şəbəkələrdə əllərini itirən rusiyalı əsgərin öz medalını "yuduğu" və başqa rusiyalı hərbi qulluqçularını da "irəliyə getməyə" çağırış etdiyi ziyafət məclisinin damarlarda qan donduran kadrlarını şərh edib.
İDEALMedia.az xəbər verir ki, bu barədə o, özünün " Telegram-kanal"ında yazıb.
"Hörmətli zabitlər, cavuşlar və başqa yoldaşlar!
Biz hamımız elə yerlərdə olmuşuq ki, bunu xatırlamaq dəhşətlidir, - yoldaşının köməyi ilə bir stəkan spirtli içki içən əsgər deyir. - Mən belə vəziyyətə düşməyimə rəğmən, demək istəyirəm ki, qaçmağın mənası yoxdur, hər şey yaxşı olacaq".
Nemətlə dolu masa arxasında əyləşən qonaqlar ona əl çalır, "əhsən" və "qəşəng oğlan" sözlərilə onu bağrına basıb güdülünü sıxırlar.
"Bu Putin əsgərciyi öz əllərini "medala" dəyişib. Təbliğat onun beyninə yeridib ki, bu, sərfəli sövdələşmədir", - Nevzorov belə yazıb və gənc rusiyalıya heç də işıqlı olmayan gələcək vəd edib.
"Cəmi iki gün keçəcək, əsgər anlayacaq ki, bu mübadilə, hərbi komissarlığın və Putinin vəd etdiyi kimi, heç də uğurlu olmayıb.
Xaç əlləri dəyişə bilməz. Onunla sevgilini bağrına basa bilmərsən, stəkanı qaldıra, kimsənin ağzına yumruq vura, sükanı idarə edə bilmərsən. Hətta xaçın köməyilə masturbasiya etmək belə asan iş deyil.
Ona ayaqsız həmkarını axtarıb və yardım rica etmək lazım gələcək. Əsgər anlayacaq ki, başqaları üçün tamamilə yük olub, o, heç kimə lazım deyil, onun mövcudluğu bütün əlillər kimi bədbəxt və ümidsiz olacaq.
Ukraynalıları birlikdə talan edən və qətlə yetirən "döyüş yoldaşları" ona əl çalıb, sərxoş vəziyyətdə kövrəlib, öz işlərinin dalınca gedəcək. O isə yoxsulluğa, sonsuz ağrılara və ölümə düçar olacaq", - Nevzorov sözlərinə yekun vurub.