Bu gün:


"Yaxın bir ay ərzində dünya bazarlarına 5 milyon ton Ukrayna taxılı tədarük ediləcək"

Tarix: 28.07.2022 / 19:19  •   Oxundu: 113 dəfə  •  

"Ukrayna limanlarında yüklənən taxıl gəmilərinə Ukrayna və Türkiyə limanlarında birləşmiş komissiya tərəfindən baxış keçiriləcək..."
Ukrayna taxılı yüklənən ilk gəminin dənizə çıxacağı tarix açıqlanıb
 
İyulun 27-də İstanbulda Ukrayna taxılının ixracı üsrə Birgə koordinasiya mərkəzi açılıb.
 
Mərkəzin tərkibinə Rusiya, Ukrayna, Türkiyə və BMT-nin nümayəndələri daxildir.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
 
İstanbul müqaviləsi bağlanandan sonra yaradılan Mərkəzin açılış mərasimində çıxış edən Türkiyənin müdafiə naziri Hulusi Akar məlumat verib ki, taxıl gəmilərinə Ukrayna limanlarında yüklənərkən və Türkiyə limanlarında birləşmiş komissiya tərəfindən baxış keçiriləcək. 
 
Onun sözlərinə görə, həmçinin, sahil sularını minadan təmizləməyi tələb etməyən təhlükəsizlik marşrutu da artıq razılaşdırılıb.
 
Bu arada isə Ukraynanın "Odessa", "Çernomorsk" və "Yujnı" dəniz limanları öz işini bərpa edib.
 
Odessa hərbi administrasiyası rəhbərinin spikeri Sergey Bratçukun sözlərinə görə, yaxın günlərdə Ukrayna taxılı ilə yüklənən ilk gəmi Odessadan təyinat yerinə istiqamət alacaq.
 
"Bu karvanları, - gəmiçilik məhz bu formatda baş verəcək, - öndə gedən lider gəmi aparacaq", - Bratçuk dəqiqləşdirib.
 
Xatırladaq ki, iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə və Rusiya "Ukrayna limanlarından taxılın və ərzaq məhsullarının təhlükəsizlik nəqli üzrə Təşəbbüs" imzalayıb. 
 
Bundan sonra sövdələşməni müşahidə edən BMT bəyan edib ki, bir neçə həfrədən sonra Odessadan və qonşu limanlardan taxıl tədarükünün başlanması gözlənilir, bu da bir ay ərzində dünya bazarına təxminən beş milyon ton Ukrayna taxılını tədarük etməyə imkan verəcək.
 
Ertəsi gün rusiyalı hərbçilər Odessa limanını atəşə tutub.
 
Ukrayna Hərbi-Hava Qüvvələri komandanlığnın nümayəndəsi Yuri İqnat təsdiq edib ki, rusiyalılar məhz göndəriləcək taxılın olduğu yeri hədəf alıb.