Bu gün:


Azərbaycanın xaricə ixrac etdiyi qeyri-neft məhsulları AÇIQLANDI

Tarix: 02.12.2020 / 12:42  •   Oxundu: 147 dəfə  •  

2020-ci ilin on ayı ərzində Azərbaycandan 12,2 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 1,4 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında məlumat verilib. 
2020-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor 173 milyon ABŞ dolları) birinci, qızıl (emal olunmamış formalarda - 158,7 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (94,7 milyon ABŞ dolları) üçüncü olub.
2020-ci ilin 10 ayı ərzində meyvə-tərəvəz ixracı 467,3 milyon, pambıq lifi ixracı 95,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 86,7 milyon, kimya sənayesi məhsullarının ixracı 70 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 42,9 milyon, pambıq ipliyi ixracı 13,6 milyon, spirtli və spirtsiz içkilərin ixracı 9,7 milyon, şəkər ixracı 16,8 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 19,2 milyon, çay ixracı 7,7 milyon ABŞ dolları təşkil edib.