Bu gün:


Ukrayna partizanları Rusiya ordusunun şifrə və xəritələrini ələ keçirdi...-FOTOLAR

Tarix: 28.07.2022 / 19:25  •   Oxundu: 121 dəfə  •  

Ukrayna  Milli Müqavimət Mərkəzinin (MMM) iyulun 27-də yaydığı məlumatda bildirilir ki, müvəqqəti işğal olunmuş ərazilərdə Ukrayna müqavimətinin nümayəndələri bir qrup işğalçını məhv edib və "maraqlı sənədlər" və xəritələr əldə ediblər.
İDEALMedia.az  bu haqda "QORDON"-a istinadla xəbər verir.
 
"Xersondan xoş xəbər var və bu, yalnız Antonov körpüsü ilə bağlı deyil. Proqnozlara görə, ruslar yalnız "dolu ilə yağış" törədəcəklər. Materiallar Ukrayna Silahlı Qüvvələrinin digər bölmələrinə ötürülüb"- deyə Milli Müqavimət Mərkəzi(MMM) düşmənin "şifrələnmiş terminologiyasından" istifadə edərək bildirib.
 
Ukrayna müdafiəçilərinin indi artıq bildiyi şərti işarələrə görə, “yağış” - ağır artilleriya atəşi, “dolu”- MLRS-dən atəşə tutulması deməkdir.
 
MMM-də ələ keçirilən sənədlərin yalnız bir hissəsini dərc etdiklərini bildiriblər.
MMM-nin saytı Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri  tərəfindən USU ilə birlikdə Ukrayna torpaqlarının rus işğalçılarından azad edilməsi uğrunda döyüşmək istəyən hər kəsə dəstək olmaq və koordinasiya etmək üçün yaradılıb.