ABŞ Dövlət Departamenti "Putinin aşpazı" haqqında məlumata görə 10 milyon dollar vəd edir...
Tarix: 29.07.2022 / 14:29 •
Oxundu: 163 dəfə •
"Rusiya ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilə edib və bu müdaxilə ölkə rəhbərliyi tərəfindən sanksiyalaşdırılıb"
"Ədalət məhkəməsinə yardıma görə mükafat" proqramı indiyədək dünyanın müxtəlif ölkələrinin 125 vətəndaşına 250 milyon dollardan artıq mükafat ödəyib"
ABŞ Dövlət Departamenti "Ədalət məhkəməsinə yardıma görə mükafat" proqramı çərçivəsində Birləşmiş Ştatlarda 2016-cı ildə keçirilən seçkilərə müdaxilə barəsində məlumata görə 10 milyon məbləğində mükafat elan edib.
Bu müdaxilədə Rusiya hakimiyyəti və onunla bağlı olan insanlar və şirkətlər şübhəli bilinib.
İDEALMedia.az xəbər verir ki, bu barəfə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.
Mükafat o cümlədən seçkilərə müdaxilədə iştirak edən şəxslər və qurumların identifikasiyasına, onların olduğu yeri müəyyən etməyə kömək edən informasiya, habelə gələcəkdə müdaxilə cəhdlərinə mane olmağa imkan verən informasiya üçün təklif edilir.
Daha sonra idarənin saytında deyilir ki, ABŞ hakimiyyəti mətbuatda "Putinin aşpazı" adlandırılan sahibkar Yevgeni Priqojin və ona məxsus "trollar fabriki" kimi tanınan internet araşdırmaları Agentliyi barəsində informasiya əldə etmək istəyir.
ABŞ tərəfindən sahibkar və onunla bağlı olan insanlar və şirkətlər 2016-cı ildə prezident seçkilərinə müdaxilədə ittiham edilir.
Göstərilir ki, Priqojin özünün nəzarətində olan "Konkord Menecment end Konsaltinq" və "Konkord Keyterinq" ASC şirkətləri vasitəsilə internet araşdırmaları Agentliyini maliyyələşdirib, "trollar fabriki"nin özü isə Rusiyanın bir neçə şirkətləri, o cümlədən "İnternet arasdırmaları", "MediaSintez", "Miksİnfo", "Azimut" və "Novİnfo" ASC şirkətləri vasitəsilə fəaliyyət göstərib.
Amerika hakimiyyəti həmçinin guya internet araşdırmaları Agentliyi ilə əlaqəli olan Rusiyanın 12 vətəndaşını axtarır.
Bunlar Ceyhun Aslanov, Anna Boqaçova, Mariya və Robert Bovdılar, Mixail Bıstrov, İrina Kaverzina, Aleksandra Krılova, Vadim Podkopayev, Sergey Polozov, Qleb Vasilçenko və Vladimir Venkovdur.
Onlar "müxtəlif rollarda internet araşdırmaları Agentliyinin ABŞ-a qarşı yönələn müdaxilə üzrə əməliyyatların həyata keçirilməsində iştirak edib".
"Onlar şüurlu surətdə və qabaqcadan dələduzluq və aldatma vasitəsilə dövlətin qanuni funksiyalarının pozulması, maneçilik törədilməsi və dağıdılması yolu ilə ABŞ-da siyasi və seçki proseslərinə, o cümlədən 2016-cı ilin prezident seçkilərinə müdaxilə məqsədilə ABŞ-a ziyan vurmaq üçün birgə fəaliyyət göstərmək üçün əlaqəyə girib".
Bundan öncə məlumat verildiyi kimi, xüsusi prokuror Robert Müllerin apardığı geniş araşdırma nəticəsində müəyyən edilib ki, Rusiya 2016-cı ildəki prezident seçkilərinə müdaxilə edib, həm də, hər şeydən göründüyü kimi, bu müdaxilə ölkə rəhbərliyi tərəfindən sanksiyalaşdırılıb.
Müdaxilənin başlıca məqsədi Amerika cəmiyyətində parçalanma yaratmaq olub. Müdaxilə, əsasən, internet vasitəsilə həyata keçirilib, həm də rusiyalı "trollar", bir qayda olaraq, respublikaçıların namizədi Donald Trampı dəstəkləyib.
Bundan başqa, iddia edilir ki, Rusiya kəşfiyyatı Demokrat Partiyasının serverini dağıdıb və konfidensial materialları sosial şəbəkələrə "sızdırıb". Araşdırma Trampın seçkiqabağı qərargahının Rusiya ilə əlaqəyə girməsini müəyyən etməyib.
2021-ci ilin fevralında Priqojinə və Rusiyanın bir sıra digər vətəndaşlarına qiyabi olaraq ABŞ-da ittihamlar irəli sürülüb.
"Ədalət məhkəməsinə yardıma görə mükafat" proqramına uyğun olaraq Federal Tədqiqat Bürosu onları axtarışa verib.
Qeyd edək ki, "Ədalət məhkəməsinə yardıma görə mükafat" proqramı ABŞ-da 1984-cü ildə təsis edilib.
Özünün mövcud olduğu müddət ərzində bu proqram dünyanın bir çox ölkələrinin 125-dən çox vətəndaşına ABŞ-ın milli təhlükəsizliyinə təhdidləri aradan qaldırmağa imkan verən mühüm informasiyaya görə 250 milyon dollardan artıq ödəniş edib.
Rusiyalı sahibkar Yevgeni Priqojin həm də keyterinq biznesinə sahibdir. Priqojinin şirkəti Rusiyada dövlətin ali şəxslərinin qidalanmasının təşkili ilə məşğul olub, bunun sayəsində KİV-lər onu "Putinin aşpazı" adlandırıb.