Kərbəlada ermənilərin Qarabağda dağıtdığı məscidlərin görüntüləri nümayiş olunub
Tarix: 03.12.2020 / 14:29 •
Oxundu: 192 dəfə •
İraqın müqəddəs Kərbəla şəhərində Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Nəcəf şəhərində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmiş tədbir İmam Hüseyn və Həzrət Abbas məscidlərinin arasında, Beynəl-hərəmeyn adlı məkanda baş tutub.
Tədbirin keçirildiyi üstüörtülü qalereyada Qarabağ Müharibəsində şəhid olmuş azərbaycanlı döyüşçülərin şəkillərindən, ermənilər tərəfindən raket atəşinə tutulmuş Gəncə və Bərdə şəhərlərində mülki əhali arasındakı itkiləri əks etdirən fotolardan, ermənilər tərəfindən təhqirə məruz qoyulmuş məscidlərin görüntülərindən ibarət sərgi təşkil olunub. Fotosərgidə Azərbaycan Ordusunun qələbələrini və mübariz ruhunu canlandıran plakatlar da nümayiş etdirilib.
Tədbirdə Qarabağ probleminin tarixçəsi, Azərbaycan Ordusunun öz torpaqlarını azad etməyə yönəlmiş haqq mübarizəsinin mahiyyəti barədə məlumat verib. Qeyd edilib ki, 30 ilə yaxın davam etmiş erməni işğalı nəticəsində 20 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın dinc əhali yurd-yuvasından didərgin düşüb. Nəhayət, bu ilin sentyabrın ayının 27-də Azərbaycan Ordusu işğal altında olan torpaqları qarış-qarış azad etməyə başlamış, məğlub olan erməni silahlı qüvvələri tutduqları ərazilərdən çıxmağa məcbur olub.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, müsəlman coğrafiyasında Azərbaycan özəl yerə malikdir. Bu torpaqlarda İslam tarixinin və mədəniyyətinin mühüm abidələri mövcuddur. Azərbaycanın elm və sənət adamları müsəlman şərqinin elm, ədəbiyyat və incəsənət tarixinə böyük töhfələr verdiyi, Kərbəla şəhərində dəfn edilmiş dünya şöhrətli şairimiz Füzuli bu şəxsiyyətlərdən biridir.
Tədbirdə çıxış edən şəxslər Qarabağ şəhidlərinin xatirəsinə sayğı və ehtiramlarını bildirərək, Azərbaycan xalqının azadlıq mücadiləsində qalib gəlməsindən məmnunluq duyduqlarını qeyd ediblər. Onlar İraq xalqının Azərbaycanla həmrəy olduğunu dilə gətirərək bir daha bəyan ediblər ki, Nəcəf və Kərbəla dini elm mərkəzləri Azərbaycan xalqının yanındadır. Çıxış edənlər bu kimi tədbirləri müsəlman həmrəyliyinin bariz nümunəsi kimi dəyərləndirib, müharibənin nəticələrini aradan qaldırmaq sahəsində Azərbaycana uğur diləyiblər.