Bu gün:


“Azərsu” sədrinin I müavini Teyyub Cabbarov Qusarda vətəndaşları qəbul edəcək

Tarix: 08.08.2022 / 15:40  •   Oxundu: 323 dəfə  •  

Avqustun 17-də “Azərsu” ASC-nin sədrinin I müavini Teyyub Cabbarov Qusar şəhərində Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.
"İdealmedia.az"-ın “Azərsu” ASC-yə istinadən verdiyi məlumata görə, qəbul saat 10:00-dan başlayaraq Qusar şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcək.
QEYD EDƏK Kİ, Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər. 

Vətəndaşlar qəbul üçün Qusar və Quba Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.