Bu gün:


Sülhməramlılar qəza törətdi

Tarix: 12.08.2022 / 14:13  •   Oxundu: 108 dəfə  •  

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına məxsus “HAVAL H9” markalı maşın erməni sürücünün idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub.

İDEAL Media.az
xəbər verir ki, hadisə Xankəndi-Əsgəran yolunda baş verib.
Nəticədə 4 nəfər ölüb. Ölənlərin hamısı qadındır.
Ağır xəsarət alan erməni sürücü xəstəxanaya yerləşdirilib.