Azərbaycanda vəzifəli şəxs sərxoş halda qəza törətdi
Tarix: 23.12.2021 / 08:25 •
Oxundu: 146 dəfə •
Novxanı-Binəqədi şossesində yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Qəza Novxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1986-ci il təvəllüdlü Vəliyev Samir Bəhram oğlu idarə etdiyi “Kia Optima” markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edərkən “Kia Rio” markalı maşına çırpılıb. Zərbə o qədər güclü olub ki, S.Vəliyevin idarə etdiyi maşın yol kənarındakı nişana daha sonra işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində “Kia Rio” markalı maşının sərnişini 1994-cü il təvəllüdlü Qasımova Nuranə Mübariz qızı ağır bədən xəsarət alıb. Sərnişin xəstəxanaya yerləşdirilib.
Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, S.Vəliyev ağır dərəcəli sərxoş halda avtomobili idarə edib.
S. Vəliyev Beynəlxalq Hava Limanında Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. O, leytenantdır.